Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Fransa Milli Assambleyası vətəndaşların izlənilməsinə dair qanun layihəsini bəyənib


Fransa Milli Assambleyası (parlamentin aşağı palatası) vətəndaşların izlənilməsinə dair qanun layihəsini dəstəkləyib. Qanun layihəsinin lehinə 438, əleyhinə 86 deputat səs verib.
 
Qanuna görə, təhlükəsizlik xidmətlərinin əməkdaşlarına izləmə üçün icazəni məhkəmə əvəzinə xüsusi yaradılmış nəzarətedici orqan verəcək. Bəzi hallarda kəşfiyyat xidmətlərinə ayrı-ayrı yerlərdə internet və telefon məlumatlarını ələ keçirməyə icazə veriləcək.
 
Bundan əvvəl Fransa baş naziri Manuel Vals qanun layihəsinin qəbuluna tərəfdar çıxıb. Onun fikrincə, bu tədbirlər terrorizmin qarşısını almaq üçün lazımdır.  
 
Hüquq müdafiəçiləri və bəzi müxalifət nümayəndələri qanun layihəsinin əleyhinə çıxış edirlər. Xalq Hərəkatı İttifaqı Uğrunda Partiyasından (UMP) olan deputat Pyer Leluşun sözlərinə görə, qanun əhalinin kütləvi şəkildə dinlənilməsinə səbəb ola və icraedici hakimiyyətə çox səlahiyyət verə bilər.
 
Bundan başqa, “change.org” saytında izlənilməyə dair qanun layihəsinin əleyhinə petisiya yerləşdirilib. Petisiyanı artıq 125 min nəfər imzalayıb.
 
Qanun layihəsi ilə bağlı senatda səsvermə iyunda keçiriləcək, - "Lentayazır.




06/05/15    Çap et