Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Berlində “FIRST Global Forum” keçiriləcək
Berlində təhlükəsizlik qruplarının insidentlərə operativ reaksiya üzrə forumu keçiriləcək.
Bu il iyunun 14-19-da Berlində insidentlərə operativ reaksiya sahəsində dünya lideri olan “FIRST” təşkilatının qlobal forumu keçiriləcək.
“ICTnews” xəbər xidmətinin təşkilatın rəsmi saytına istinadən verdiyi məlumata əsasən, “FIRST”-ə üzv olan insidentlərə operativ reaksiya qrupları elektron təhlükəsizlik insidentlərinə daha effektiv müdaxilə etməyə qadirdirlər.
“FIRST” insidentlərin aradan qaldırılmasına xidmət edən “qaynar xətt” xidməti ilə yanaşı, əlavə dəyər xidmətləri də göstərir. Bu xidmətlər aparıcı praktiki sənədlərə çıxış imkanlarını, təhlükəsizlik üzrə ekspertlər üçün texniki kollokviumlar, illik konfransların keçirilməsi, nəşrlər, veb-servislər və sair sahələri əhatə edir.
Hazırda “FİRST”-un Afrikada, Şimali və Cənubi Amerikada, Avropada və Okeaniyada 300-dən çox üzvü var.
Qeyd edək ki, Azərbaycanın iki dövlət qurumu Elektron Təhlükəsizlik Mərkəzi və Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi bu təşkilatın üzvüdürlər.
Aynur Vəliyeva
06/05/15 Çap et