Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
ADİU tələbələri imtahan nəticələrini onlayn öyrənəcək
Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) 2014/2015-ci tədris ilinin yay imtahan sessiyasına hazırlıq çərçivəsində innovativ layihənin təqdimatı keçirilib.
Tədbirdə təqdim olunan Elektron Müraciət Sisteminin köməkliyi ilə tələbələr operativ şəkildə apelyasiya müraciətlərini edəcək və nəticələrini öyrənə biləcəklər.
Bunun üçün “erize.asue.edu.az” saytına daxil olmaq kifayətdir. Sistem imtahan sessiyasının obyektiv və şəffaf təşkilinə, həmçinin tələbənin vaxtına qənaəti təmin edəcək. Təqdim olan layihənin müəllifi ADİU-nun 2-ci kurs tələbəsidir.
SEYMUR
06/05/15 Çap et