Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Romada Azərbaycanın elektron hökumət quruculuğundan danışılıb
İtaliyanın paytaxtı Roma şəhərində elektron mühitdə identitet mövzusunda beynəlxalq konfrans (The 2015 Identity Conference) keçirilib.
Konfransa 40 ölkədən qlobal rəqəmsal identitet sahəsini və dövlət sektorunu təmsil edən 200-dən artıq nümayəndə qatılıb. Tədbirə Azərbaycanın İT sahəsində fəaliyyət göstərən şirkətləri də qatılıb.
İkigünlük konfrans çərçivəsində baş tutan plenar və interaktiv sessiyalarda iştirakçılara rəqəmsal identitet bazarında mövcud olan yeniliklər və tendensiyalarla, eləcə də bu sahədə beynəlxalq təcrübə ilə tanış olmaq, milli elektron identitet sistemində mobil identitetin roluna dair müzakirələr aparmaq və pasport-viza idarəetməsi sahəsində tətbiq edilən innovativ rəqəmsal həllərə dair təcrübə mübadiləsi aparmaq imkanı yaradılıb.
Konfransda “Rəqəmsal əsrdə identitet: elektron imza, elektron və mobil hökumət” mövzusunda keçirilmiş plenar toplantıda Azərbaycan şirkət təmsilçiləri elektron hökumət idarəetməsi modelinin bərqərar edilməsi sahəsində son illər ölkəmizdə görülmüş işlərdən bəhs edərək, dövlət xidmətlərinin əlçatanlığının və şəffaflığının artırılması istiqamətində tətbiq edilən innovativ həllər barədə iştirakçılara ətraflı məlumat verilib.
Ölkəmizin istehsalı olan bir neçə proqram haqqında təqdimat edilərək qeyd edilib ki, ölkədəki yeniliklər dünyada mövcud olan ən qabaqcıl və effektiv model olan dövlət və özəl sektorun birgə tərəfdaşlığı yanaşması üzərində qurulur və mərkəzləşdirilmiş idarəetmə prinsipi, eləcə də sürətli tətbiq və inkişaf imkanları sayəsində digər ölkələr üçün böyük maraq kəsb edir.
Qeyd etmək lazımdır ki, cəlbedici ixrac potensialına malik olan “Asan İmza” texnologiyası mütəmadi olaraq bu kimi müxtəlif beynəlxalq sahəvi tədbirlərdə “Made in Azerbaijan” şüarı altında təmsil edilir.
SEYMUR
07/05/15 Çap et