Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yaxın zamanda “Azərişıq” “Elektron hökumət” portalına qoşulacaq


Tezliklə “Azərişıq” ASC-nin “Enerji haqlarının internet vasitəsilə ödənilməsi”, “İşıq kodunun yeni abunəçinin adına keçirilməsi üçün e-müraciət”, “İstehlakçıların elektrik şəbəkəsinə qoşulması üçün e-müraciət” və “Enerji borcu olmaması barədə elektron arayış” xidmətləri “Elektron hökumət”portalı üzərindən təqdim olunacaq.
 
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, portala inteqrasiya olunacaq bu elektron xidmətlərin adı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində  “Azərişıq” ASC-nin nümayəndələrinin də iştirak etdiyi toplantıda müəyyən edilib.
 
 
İlkin mərhələdə portalda qeydiyyatdan keçən istifadəçinin FİN-ə görə işıq kodunun avtomatik təyin edilməsi  və  avtomatik təyin edilmə   mümkün olmadıqda abonent kodunun əllə daxil edilməsi imkanlarının yaradılması nəzərdə tutulur.
 
 
CAHANGİR
 




07/05/15    Çap et