Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Milliön” terminallarında kredit kartları ilə ödəniş etmək mümkün olacaq


 "Komtech" şirkəti yaxın zamanda terminallarında kredit kartlarının qəbulu funksiyasını aktivləşdirə bilər.
Şirkətdən "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, bu xidmət növü "Milliön" terminallarının hamısında mövcuddur, lakin bu günədək bu funksiyaya böyük tələbat olmadığına görə aktivləşdirilməyib.
 
"Biz terminallarımızda gələcəkdə kredit kartı vasitəsi ilə ödənişlərin qəbulu, elektron pul cüzdanı funksiyasını aktivləşdirməyi planlaşdırırıq. Bundan başqa,  dövlət qurumlarının cərimələrinin terminallar üzərindən  qəbulunun təşkili də nəzərdə tutulub", - deyə şirkətdən bildiriblər.
 
Yeraltı keçidlərdən yığışdırılan terminallarla bağlı  şirkətdən bildiriblər ki, bu tədbirlərin əsas məqsədi bir sıra terminallarda yaranmış texniki problemlərin həlli və digər qurğularda profilaktik tədbirlərin görülməsi olub. Gələcəkdə onların yenidən keçidlərdə istismara verilməsi  istisna edilmir.
 
Aynur Vəliyeva
 




07/05/15    Çap et