Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Superkompüter həkim-onkoloqları əvəz edəcək
“IBM” şirkətinin nümayəndəsi məlumat verib ki, onun mühəndisləri tərəfindən hazırlanmış “Watson” superkompüteri 14 mərkəzdə quraşdırılacaq və onkoloji xəstəliklərdən əziyyət çəkən insanlara kömək edəcək.
Sistem malik olduğu optimallaşdırılmış məlumat bazası sayəsində mərkəzin xəstəsini maraqlandıran istənilən suala adi dildə cavab verə bilər.
"ICTnews" elektron xəbər xidməti “mail.ru” saytına istinadən bildirir ki, “Watson” xəstələrin müalicəsində kompüterlərdən istifadə imkanlarını artırır və onlarda dezoksiribinuklein turşusunun təhlilinə, həmçinin tədqiqatların nəticələri və tibbi ədəbiyyata əsaslanır.
“Watson” superkompüteri xərçəng xəstəliyinin təhlili və müalicəsindən ötrü ən yaxşı variantların seçimi üçün lazım olan müddəti qısaltmağa kömək edir.
Qeyd edək ki, “IBM” şirkəti 2013-cü ildə onkoloji xəstəliklərin müalicəsində “Watson” superkompüterindən istifadəyə başlayıb.
Emil Hüseynov
07/05/15 Çap et