Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” korporasiyası “Surface 3” planşetinin satışına başlayıb


“Microsoft” şirkəti cari il martın sonunda nümayiş etdirdiyi “Surface 3” planşetinin satışına başlayıb. ABŞ və doqquz başqa bazarda proqram nəhənginin yeni planşetini 499 dollara (2 QB əməli yaddaş, 64 QB daxili yaddaş)  və ya 599 dollara (2 QB əməli yaddaş, 128 QB fləş yaddaş) satın almaq olar.

"ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, “Surface 3” planşeti ABŞ-dan başqa, Avstraliya, Kanada, Honkonq, Koreya, Malayziya, Yeni Zelandiya, Sinqapur, Tailand və Tayvanda satılır. Bu gün bu siyahıya Avstriya, Belçika, Danimarka, Finlandiya, Fransa, Almaniya, İrlandiya, İtaliya, Lüksemburq, Niderland, Norveç, Portuqaliya, İspaniya, İsveç, İsveçrə və Böyük Britaniya əlavə ediləcək.


Yeni modelə “Windows 8.1” əməliyyat sistemi və “Intel Atom x7” çipi quraşdırılıb. “Surface 3” planşeti dördnüvəli “Intel Atom” çipi, 2 QB əməli və 64 QB daxili yaddaşla təchiz olunub. Əsas kameranın təsvir ölçüsü 8 meqapiksel (avtofokus var), arxa kamera isə 2,5 mp (hər iki kamera “Full HD” formatında video çəkə bilir) təşkil edir. Yaddaş kartları üçün “microUSB”, “mini-DisplayPort” portları və “microSD” slotu var.
Korpusun qalınlığı 8,7 mm, çəkisi 622 qramdır.


Emil Hüseynov
 





07/05/15    Çap et