Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Afrikada mobil bankçılıq genişlənir


Afrikalı istehlakçılar maliyyə əməliyyatlarını həyata keçirmək üçün mobil telefonlardan tez-tez istifadə etməyə başlayıb. Xüsusilə Tropik Afrika ölkələrində mobil bankçılıq daha geniş yayılıb.

"ICTnews" elektron xəbər xidməti “json.tv” saytına istinadən bildirir ki, 2014-cü ilin nəticəsinə görə, mobil abunəçilərin sayı 635 milyona çatıb. Gözləntilərə görə, 2019-cu ilin sonunadək Afrikada mobil abunəçilərin sayı 930 milyon təşkil edəcək.

Dünya Bankının 2014-cü il üçün məlumatlarına əsasən, 15 və daha böyük yaşlı afrikalıların 29 faizi ənənəvi bank hesabına malikdir. Afrikalıların yalnız 10 faizi mobil telefonda əlçatan olan alternativ maliyyə xidmətinə malikdir. Bu halda Qabon, Keniya və Sudan kimi ölkələrdə mobil hesabların yayılma dərəcəsi 50 faizə çatır.
Dünya bankının məlumatına əsasən, Tropik Afrikada öz telefonundan bank işlərində istifadə edən 16 faiz mobil istifadəçi var. Bu göstərici başqa regionlarda mobil bankçılığın inkişafını ötür və ehtimal ki, artım davam edəcək.

Emil Hüseynov




07/05/15    Çap et