Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Apple” Avropada fəaliyyətini genişləndirir
“Kantar Worldpanel ComTech” analitik şirkətinin məlumatına əsasən, Avropada “iPhone” smartfonlarının populyarlığı artmağa davam edir.
2015-ci ilin yanvar-martında Avropanın beş ən böyük dövlətinin (Böyük Britaniya, Almaniya, Fransa, İtaliya və İspaniya) smartfonlar bazarında “iOS” mobil platformasının bazar payı 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz yüksələrək 20,3 faizə çatıb. “Android” mobil platformasının bazar payının azalması hesabına “Apple”ın mobil sistemində artım olub.
"2015-ci ilin birinci rübündə “iPhone 6” və “6 Plus” smartfonları avropalı alıcıların diqqət mərkəzində olub" – “Kantar Worldpanel ComTech” analitik bölməsinin direktoru Karolina Milanezi deyib. O bildirib ki, Avropanın yuxarıda sadalanan ölkələrində “Apple” qurğularının yeni istifadəçilərinin təxminən 33 faizi “iOS” platformasına “Google”un mobil platformasından keçiblər.
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, Avropada Britaniya bazarında “iOS”-qurğuların nüfuzetmə səviyyəsi üzrə ən yüksək göstərici qeydə alınıb. Bir ildə burada “iPhone”un bazar payı 32,1-dən 38,1 faizədək yüksəlib.
Emil Hüseynov
07/05/15 Çap et