Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Biometrik texnologiyalar kəskin sürətlə inkişaf edəcək


"Tractica" analitik şirkəti yaxın on ildə dünya biometrik texnologiyalar bazarının kəskin inkişafını proqnozlaşdırır.

Gözləntilərə görə, bu seqmentdə mədaxil 2-dən (2015) 14.9 milyard dollaradək (2024) yüksələcək.

Beləliklə, bazarda orta illik artım sürəti 25,3 faiz və həmin dövr üçün ümumi gəlir 67,8 milyard dollar təşkil edəcək.
 
"Nəhayət ki, biometrik texnologiyalar bazarı meydana gəlib. Əvvəllər fantastika kimi görünən istifadə ssenariləri indi reallığa çevrilir.
 
İstehlakçılar barmaq izi, səs, gözün skan edilməsi və ya hətta elektrokardioqramların köməyi ilə maliyyə əməliyyatlarını təsdiq edə biləcək. Bu, parollardan istifadə zamanı meydana çıxan riskləri xeyli azaldacaq" – "Tractica" şirkətinin aparıcı analitiki Bob Lokxat deyib.
 
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, ekspertlər hesab edirlər ki, maliyyə sahəsi, istehlak elektronikası bazarı, tibb və hökumət təşkilatlarında biometrik texnologiyalara daha böyük tələbat olacaq.
 
Asiya-Sakit okean regionu, Avropa və Şimali Amerika bazarında biometrik texnologiyalardan böyük gəlir gözlənilir.
 
Emil Hüseynov




07/05/15    Çap et