Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni aerobusun 1000-dən çox detalı “3D” printerin köməyi ilə çap edilib


“BBC” teleşirkətinin yaydığı məlumata əsasən, yeni “A350 XWB” aerobusunun 1000-dən çox detalı “3D” çap texnologiyasının köməyi ilə hazırlanıb.
 
Ekspertlərdən biri bildirib ki, indi yeni materiallar aviaşirkətlərin təhlükəsizlik tələblərinə uyğun hazırlana və tətbiq edilə bilər.
 
"ICTnews" elektron xəbər xidməti “hitech.newsru.com” saytına istinadən bildirir ki, “Airbus” üçün bu detalların istehsalçısı “Stratasys” şirkətinin nümayəndəsi iddia edir ki, “3D” çapdan istifadə detalların hazırlanması vaxtını qısaltmağa, həmçinin xərcləri azaltmağa imkan verib.
 
“3D” çap sahəsində mütəxəssis Ceyms Vudkok deyib ki, şirkət görünməmiş miqyasda iş görüb.
 
Emil Hüseynov




08/05/15    Çap et