Analitiklər: “İnformasiya təhlükəsizliyi təhdidlərinin qarşısını almaq çətinləşir”
İnformasiya texnologiyaları (İT) və informasiya təhlükəsizliyi sahəsində 200 mütəxəssis arasında keçirilən sorğu zamanı respondentlərin 25 faizi kiberhücumların müəyyənləşdirilməsinin və qarşısının alınmasının iki il əvvələ nisbətdə daha da çətinləşməsi fikri ilə razılaşıb. Bu barədə “Enterprise Strategy Group” şirkətinin analitikləri bildirib.
Rəyi soruşulanların 59 faizi bildirib ki, zərərli proqramlar bir il əvvəlki analoqları ilə müqayisədə mürəkkəbləşib. Bundan əlavə, respondentlərin əksəriyyəti (87 faiz) qeyd edib ki, onların işəgötürənləri bu müddət ərzində təhlükəsizliyin lazımi səviyyədə təmin olunmasına xərcləri mütəmadi artırıblar.
Sorğudan həmçinin məlum olub ki, İT ekspertlərin 54 faizi bu gün daima artan yeni təhdidlərin tam nəzərə alınmasının qeyri-mümkünlüyünə əminliyini ifadə edib. “patch” və yeniləmələri operativ quraşdırmaq, eləcə də informasiya təhlükəsizliyi proqramlarının maliyyələşdirilməsini genişləndirmək üçün səylərə baxmayaraq İT təşkilatların kibercinayətkarlarla ayaqlaşa bilməməsi açıq-aydın görünür”, - analitiklər vurğulayıb, -
"SecurityLab” yazır.