Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Milliön” terminallarının sayını artırır
“Komtech” şirkəti yaxın iki ay ərzində 300 yeni “Milliön” ödəniş terminalı istifadəyə vermək niyyətindədir.
Şirkətdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, yeni terminallar Birinci Avropa Oyunlarına hazırlıq layihəsi çərçivəsində tətbiq edilir.
“Layihə çərçivəsində Birinci Avropa Oyunları ərəfəsində terminallarımızda bir sıra yeni ödəniş xidmətlərinin təqdim edilməsi nəzərdə tutulur”, - deyə şirkətdən bildiriblər.
Hazırda Azərbaycanın bütün ərazisində ümumilikdə 5 min “Milliön” ödəmə terminalı fəaliyyət göstərir.
Aynur Vəliyeva
08/05/15 Çap et