Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan Vyetnamla İKT sahəsində əməkdaşlıq imkanlarını müzakirə edəcək
Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakı şəhərində Azərbaycan-Vyetnam biznes forumunun keçirilməsi nəzərdə tutulur.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, biznes-forum Vyetnam Sosialist Respublikasının Prezidenti cənab Truonq Tan Sanqın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində keçiriləcək.
Biznes-forumda neft-qaz, enerji, tikinti, İKT, maliyyə və bank xidmətləri, kənd təsərrüfatı, səhiyyə, mebel, ticarət, xidmət, turizm və nəqliyyat xidmətləri, su təsərrüfatı, məişət texnikası, avadanlıq və əczaçılıq məhsullarının istehsalı sahələrində fəaliyyət göstərən 40-a yaxın Vyetnam şirkətinin iştirakı nəzərdə tutulur.
Aynur Vəliyeva
08/05/15 Çap et