Rabitəçilər on min ağac əkəcək (FOTOLAR)
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar olaraq rabitə birlik və müəssisələri tərəfindən bu gün "Azərkosmos" ASC-nin yerləşdiyi ərazidə ağacəkmə kampaniyası keçirilir.
Sözügedən kampaniya çərçivəsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə (RYTN) tabe olan müəssisə və idarələr tərəfindən ümumilikdə təxminən 10 000 ədəd ağacın əkilməsi gözlənilir.
"Aztelekom" İB 1500 ədəd, Bakı Telefon Rabitəsi İstehsalat Birliyi 1500, "Azərpoçt" MMC, "Teleradio" İB, Dövlət Radiotezliklər İdarəsi, Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzi, Məlumat Hesablama Mərkəzi və "Azərkosmos" ASC tərəfindən hər biri ayrılıqda 1000 ədəd olmaqla 1 m 20 sm və 1 m 50 sm-lik hündürlükdə şam ağaclarının əkilməsi nəzərdə tutulur.
Ağacların əkilməsi və əkin işlərinin aparılması üçün lazımi avadanlıqların (bel, su şlankları və ağacların sayı qədər taxta və iplər) alınması RYTN tərəfindən təmin edilib.