Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin saytı daha bir dildə fəaliyyət göstərəcək


Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin saytının fəaliyyət göstərdiyi dillərin sırasına yenisi əlavə olunub.
 
 
Mərkəzdən verilən məlumata görə, artıq internet resurs fransız dilində də yayımlanacaq.
 
 
Beləliklə, yaradıldığı gündən Azərbaycan, ingilis, rus, ispan, alman, ərəb, fars və türk dilində yayımlanan sayt artıq 9 dildə fəaliyyət göstərəcək.
 
 
CAHANGİR




08/05/15    Çap et