Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni proqram təminatının köməyi ilə abunəçilər telefonları haqqında lazımi məlumatları əldə edə biləcək


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində (MHM) Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) və Telefon qovşaqıarının müvafiq sahə üzrə əməkdaşları ilə görüş keçirilib.
 
Məqsəd Telefon Qovşaqlarında istifadə olunan proqram təminatının MHM tərəfindən yenilənmiş və təkmilləşdirilmiş versiyasının mütəxəssislərə təqdim edilməsi idi.
 
Hazırlanmış yeni proqram təminatı vasitəsilə istifadəçilər bir pəncərə prinsipi ilə bütün icra olunacaq əməliyyatları həyata keçirmək və müxtəlif məlumatlar əldə etmə imkanına malik olacaqlar.
 
Proqramın əsas üstünlüyü ondan ibarətdir ki, əvvəlki proqram təminatında istifadəçilər sifarişi icra edən zaman bir neçə kompwter rejimlərində işləmək məcburiyyətində olduğu halda,yeni proqram təminatında bütün sifarişlər bir rejimdə həyata keçəcək.
 
Həmçinin, yenilənmiş proqram təminatının köməyi ilə servislərdən istifadə edərək yaradılmış sifarişlərin daha tez bir zamanda avtomatlaşdırılmış formada icrasını təmin etmək mümkün olacaq. Sifarişlər real vaxt rejimində icra olunub həyata keçiriləcək.
 
 Bu isə vaxt itkisinin qarşısının alınmasına, işin səmərəliliyinin artmasına və müştəri məmnunluğuna səbəb olacaq.
 
 
 
Qeyd edək ki, yeni proqram təminatında arxivləşmə imkanı yaradılıb ki, bu da istifadəçinin istənilən vaxt arxiv məlumatlarını əldə etməsinə imkan yaradacaq. Həmçinin, BTRİB-in səlahiyyətli şəxslərinin ATS-lərin işlərinə və bütün icra procedurlarına nəzarət etmə imkanı mümkün olacaq.
 
 
Bununla yanaşı yeni proqram təminatının köməyi ilə abunəçilərin telefonları haqqında tam məlumatları, istifadə etdiyi rabitə xidmətləri və apardığı ödənişlər haqqında məlumatları da əldə etmək mümkün olacaq.
 
 
BTRİB-in mütəxəssislərinin sualları əsasında müzakirələr aparıldı.
 
Yeni iş rejimlərinin test versiyasında istismara verilməsi və yerlərdən daxil olan təkliflərin 15.05.2015-ci il tarixinə kimi MHM-ə təqdim olunması qərara alındı.
 




08/05/15    Çap et