Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Dünyada fərdi kompüter bazarının həcmi 7 faiz azalıb
“Canalys” analitik şirkətinin məlumatına görə, 2015-ci ilin birinci rübündə dünya fərdi kompüterlər bazarının həcmi illik hesablama üzrə 7 faiz azalaraq 115,7 milyon təşkil edib.
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, 17,2 milyon (ümumi göstəricinin 15 faizi) FK tədarük etmiş “Apple” fərdi kompüter bazarının ən böyük oyunçusu olub. “Canalys” şirkətinin reytinqində ikinci və üçüncü pillələrdə müvafiq olaraq “Lenovo” və “HP” şirkətləri qərarlaşıb.
"2014-cü ildə bazarın artımını stimullaşdırmış amillər cari ildə aktual olmayıb. Şirkətlər valyuta məzənnəsinin dəyişməsindən zərər çəkiblər. Əlavə olaraq bazarda yeni “Windows 10” əməliyyat sistemi çıxışı ərəfəsində tələbatın azalması müşahidə olunub" – “Canalys”in analitiki Tim Koulinq tədqiqata belə şərh verib. O, həmçinin bildirib ki, ikinci rüb FK bazarında daha nəzərəçarpan azalma gözlənilir.
Ötən rüb masaüstü kompüter kateqoriyası daha böyük zərərə məruz qalıb: tədarükü 13 faiz azalıb, həm də bu seqmentdə dünyanın bütün regionlarında mənfi dinamika müşahidə olunub. "Windows XP sistemindən daha yeni sistemlərə keçid masaüstü kompüterlərin tədarükünü artırmır, ona görə biz 2015-ci ildə masaüstü sistemlərin tədarükündə xeyli azalma gözləyirik" – şirkətin nümayəndəsi Ruşab Doşi deyib.
Emil Hüseynov
08/05/15 Çap et