Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avropa İttifaqı ölkələrində plastik kartlardan istifadə edilən ölkə hansıdır?


Estoniya sakinləri nağdsız ödənişlərdən aktiv istifadə edir. 2015-ci ilin birinci rübündə bütün ödənişlərin 60 faizdən çoxu plastik kartların köməyi ilə həyata keçirilib.
 
"ICTnews" elektron xəbər xidməti “json.tv” saytına istinadən bildirir ki, estonlar ticarət nöqtələrində ödəniş üçün plastik kartdan gündə 634 min dəfə istifadə ediblər.
 
Estonlar 15 il əvvəl elektron ödənişlərə az etibar edirdilər. 2000-ci ildə vətəndaşların əksəriyyəti yalnız pulu bankomatlardan çıxartdıqdan sonra ticarət nöqtələrində xərcləyib.
 
Emil Hüseynov
 
 




12/05/15    Çap et