Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Alimlər: kompüter və televizor uşaqlarda hipertoniya xəstəliyi yaradır


İspaniyanın Elm və Texnologiyalar Fondunda çalışan alimlərin keçirdiyi tədqiqatın nəticəsinə görə, uşaqların televizor və kompüterin ekranı qarşısında çox oturması hipertoniya və piylənmənin inkişafına səbəb ola bilər.


"ICTnews" elektron xəbər xidməti "tgdaily.ru" saytına istinadən bildirir ki, ispaniyalı alimlər hesab edir ki, uzun müddət qamətin əyilməsi və onurğanın düzgün olmayan vəziyyəti hipertoniya riskini üç dəfə yüksəldir.


Həmçinin, az hərəkətli həyat tərzinə görə uşaqlar bir çox xroniki xəstəliklərə, o cümlədən piylənməyə meyillidir.

Emil Hüseynov




12/05/15    Çap et