Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Alimlər: “W-Fi” insan orqanizminə və bitkilərə mənfi təsir göstərir
ABŞ-ın Kaliforniya ştatında yaşayan tədqiqatçılar qrupunun keçirdiyi sınaqlar nəticəsində məlum olub ki, "Wi-Fi" texnologiyası insan orqanizminə, həmçinin bitkilərə mənfi təsir göstərir.
"ICTnews" elektron xəbər xidməti "tgdaily.ru" saytına istinadən bildirir ki, mütəxəssislər uzun müddət təxminən 500 ailənin sağlamlıq vəziyyətini monitorinq edib, onların evində "Wi-Fi" router quraşdırılıb.
Məlum olub ki, zaman keçdikcə insanlar yorğunçuluq, arterial təzyiqin artması, yuxusuzluqdan şikayət etməyə başlayıb.
Bitkilərin isə solmuş, intensiv inkişafı və çiçəklənməsi dayanıb. Maraqlıdır ki, kaktusa heç bir zərər dəyməyib.
Alimlər tədqiqatın nəticəsindən olduqca razıdır və bu məsələni daha ətraflı araşdırmaq niyyətindədirlər.
Emil Hüseynov
12/05/15 Çap et