Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Ağıllı” soyuducu təqdim edildi
“Canonical” şirkəti öz yeni innovativ ixtirasını – “Ubuntu” əməliyyat sistemi ilə işləyən “ChillHub” soyuducusunu təqdim edib. Qurğu San-Fransiskoda “əşyaların interneti”nə həsr edilmiş “IoT World” konfransında nümayiş etdirilib.
"ICTnews" elektron xəbər xidməti “macdigger.ru” saytına istinadən bildirir ki, təxminən 500 litr həcmində soyuducu müxtəlif datçiklər, iki “USB” port ilə təchiz edilib və “Wi-Fi” vasitəsilə internetə qoşulma imkanına malikdir.
Soyuducu “Ubuntu Core” ("Snappy") əməliyyat sistemi ilə işləyir və onunla qarşılıqlı əlaqə yaratmaq üçün “iPhone” və “iPad” qurğuları üçün müvafiq mobil proqram təklif edilir.
“ChillHub” soyuducusunun pərakəndə satış qiyməti 1000 dollar təşkil edəcək.
Emil Hüseynov
12/05/15 Çap et