Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yüksək Texnologiyalar Parkının Müşahidə Şurasının iclası keçirilib


2015-ci ilin may ayının 7-də Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində yaradılan Yüksək Texnologiyalar Parkı – "YT Park" MMC-nin Müşahidə Şurasının iclası keçirilib.
 
 İclasda  Müşahidə Şurasının sədri Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri Vidadi Zeynalov Yüksək Texnologiyalar Parkının yaradılması məqsədlərindən danışıb və bildirib ki,  bu gün ölkəmizdə uğurla həyata keçirilən iqtisadi siyasət çərçivəsində qeyri-neft sektorunda aparılmış islahatlar baxımından Yüksək Texnologiyalar Parkının fəaliyyəti mühüm əhəmiyyət kəsb edir.    
 
Sonra Yüksək Texnologiyalar Parkı – "YT Park" MMC-nin direktoru Seymur Ağayev cəmiyyətin fəaliyyətini əks etdirən təqdimat və hesabatla çıxış edib, Yüksək Texnologiyalar Parkının infrastrukturunun qurulması, maddi-texniki bazasının formalaşdırılması istiqamətində aparılan işlər barədə Müşahidə Şurasının üzvlərini məlumatlandırıb.

Həmçinin, Yüksək Texnologiyalar Parkının Baş planının Müşahidə Şurasının üzvlərinə təqdimatı da  keçirilib.
     
 
Həqiqət İSABALAYEVA
 




12/05/15    Çap et