Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“İnformasiya təhlükəsizliyinin multidistiplinar problemləri üzrə II Respublika elmi-praktiki konfransı” keçiriləcək
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN), Azərbaycan Milli Elmlər Akademiyası və İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə "İnformasiya təhlükəsizliyinin multidistiplinar problemləri üzrə II Respublika elmi-praktiki konfransı" keçiriləcək.
Konfrans 14 may 2015-ci il tarixdə AMEA İnformasiya Texnologiyaları İnstitutunda baş tutacaq.
Tədbirin istiqamətlərinə "İnformasiya təhlükəsizliyinin siyasi, hüquqi və hərbi problemləri", "İnformasiya təhlükəsizliyinin sosial-psixoloji və kulturoloji problemləri", "İnformasiya təhlükəsizliyinin sosial-iqtisadi problemləri", "İnformasiya təhlükəsizliyinin beynəlxalq əməkdaşlıq problemləri", "Qlobal informasiya məkanında dövlətlərin informasiya suverenliyi problemləri", "Media və informasiya təhlükəsizliyi problemləri", "Milli informasiya təhlükəsizliyi sisteminin formalaşdırılması problemləri", "Dövlət sirri emal edilən kompüter sistemlərində informasiya təhlükəsizliyi", "İnformasiya təhlükəsizliyinin idarə edilməsi və koordinasiya problemləri" kimi mövzular daxildir. Həmçinin konfransda "Müasir sosial-iqtisadi sistemlərin informasiya təhlükəsizliyi", "E-dövlətin informasiya təhlükəsizliyi problemləri", "E-imza və e-sənəd dövriyyəsi: hüquqi, təşkilati və texnoloji problemlər", "Milli kriptoqrafiya siyasətinin formalaşdırılması problemləri", "E-xidmətlərin və e-kommersiyanın informasiya təhlükəsizliyi", "İnformasiya təhlükəsizliyi texnologiyaları", "Fərdi məlumatların mühafizəsi: hüquqi problemlər və yeni texnoloji həllər", "İnformasiya müharibəsi texnologiyaları", "İnformasiya təhlükəsizliyinin qanunvericilik bazasının təkmilləşdirilməsi problemləri", "İnformasiya təhlükəsizliyi standartları və sertifikatlaşdırma", "Şəbəkə və kommunikasiya sistemlərinin informasiya təhlükəsizliyi" də müzakirə olunacaq.
Elmi-praktiki konfransın digər istiqamətlərinə , "Veb-sistemlərin təhlükəsizliyi", "Bulud texnologiyalarının təhlükəsizliyi", "Big Data texnologiyalarının informasiya təhlükəsizliyi problemləri", "Biometrik informasiya texnologiyaları", "İnformasiya təhlükəsizliyi insidentlərinin idarə edilməsi", "İnformasiya təhlükəsizliyi risklərinin idarə edilməsi", "İnformasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması problemləri", "İnformasiya təhlükəsizliyi üzrə kadr hazırlığı problemləri" mövzuları daxildir.
Elmi-praktik konfrans 17 may - İnformasiya Cəmiyyəti Gününə həsr olunur.
Artıq ənənə halını alan bu tədbirdə dövlət qurumları, qeyri-hökumət təşkilatlarının nümayəndələri, o cümlədən İT mütəxəssisləri, bu sahədə çalışanların iştirakı gözlənilir. Konfrans informasiya təhlükəsizliyi problemləri istiqamətində bilik və təcrübə mübadiləsinin aparılması, bu sahədə beynəlxalq aləmdə aparılan elmi tədqiqatlarla tanışlıq və Azərbaycan alimlərinin diqqətini bu sahəyə yönəltmək baxımından mühüm əhəmiyyətə malikdir.
Həqiqət İSABALAYEVA
13/05/15 Çap et