Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Real vaxt rejimində kiberhücumları göstərən xəritə yaradılıb


İnternet təhlükəsizlik sahəsi üzrə ixtisaslaşmış “Check Point” şirkəti “ThreatCloud World Cyber Threat Map” adlı kibertəhlükələr xəritəsini yaradıb.
 
"ICTnews" elektron xəbər xidməti “computerworld.ru” saytına istinadən bildirir ki, sözügedən xəritə real vaxt rejimində baş verən kiberhücumları göstərir.
 
“ThreatCloud” xidmətinin məlumat bazası 11 milyondan çox zərərli proqram siqnaturası, virusa yoluxmuş 5.5 milyon veb-sayt ünvanı və 250 milyon resursdan ibarətdir. Sistem bu sayları botların olması baxımından təhlil edir və gündəlik milyondan çox zərərli proqram tipi aşkar edir.
 
Emil Hüseynov




13/05/15    Çap et