Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Dilmanc” layihəsi elmi tədqiqatçılar və proqramçılar axtarır


“Dilmanc” layihəsi riyaziyyat sahəsində elmi tədqiqatçıları və proqramçıları işə dəvət edir.
 
Layihə qrupundan verilən məlumata görə, adıçəkilən mütəxəssislər intellektual axtarış alqoritmləri, şifahi sorğuların avtomatik cavablandırılması, qurğuların səslə idarə edilməsi, nitqin nitqə avtomatik tərcüməsi və digər sistemlərin yaradılması və inkişaf etdirilməsində iştirak edəcək.
 
Layihənin elmi tədqiqat qrupu proqramçılarla sıx əlaqədə işləyir. Elmi yeniliklərin praktik məhsula çevrilməsi üçün paylanmış hesablama sistemləri (Hadoop və MapReduce), çoxnüvəli qrafik prosessorlar və digər müasir proqramlaşdırma üsullarından istifadə olunur.
 
CAHANGİR
 




13/05/15    Çap et