BDU-nun Nanoaraşdırmalar Mərkəzində hazırlanmış layihə ABŞ-da qızıl medala layiq görüldü
Bakı Dövlət Universitetinin Nanoaraşdırmalar Mərkəzində hazırlanmış layihə ABŞ-da qızıl medala layiq görüldü.
Belə ki, Bakı Avropa liseyinin
şagirdləri Fərrux Rəhmətzadə, Ayan Hacıbəyli, Fuad Abdulzadə Bakı Dövlət Universitetinin Nanoaraşdırmalar laboratoriyasında professor Məhəmmədəli Ramazanov və dosent İsmət Əhmədovun rəhbərliyi ilə yerinə yetirilmiş “Nanohissəciklərin bitkilərdə sorulması, hərəkəti və toplanması: nanofitotoksikologiya” mövzusunda elmi layihəsi ilə 7-10 May 2015 -ci il tarixində ABŞ-ın Hyuston şəhərində (Texas ştatı) 70 ölkənin və Amerikanın 48 ştatının iştirakı ilə keçirilən Beynəlxalq Davamlı Dünya (Enerji, Mühəndislik və Ətraf Mühit) Layihə olimpiadasında iştirak ediblər.
Layihə olimpiadaya “Ətraf mühitin idarə edilməsi və çirklənmə” üzrə təqdim olunmuş 200 layihə içərisində qalib hesab edilərək
qızıl medala layiq görülüb.
Bununla da iştirakçılar Azərbaycan bayrağını intellektual yarışmada yüksəyə qaldırıblar.
Həqiqət İSABALAYEVA