Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kriptovalyuta yeni yaradılmış mikrodövlətin pul vahididir


Balkan yarımadasında mikrodövlətlərin yaradılması dəb halını alır. Sloveniya və Xorvatiya sərhədi boyunca kiçik ərazidə kartoqrafiya uyğunsuzluğu aşkar etmiş polşalı turist K. Vrona Liberlend estafetinə davam edib.
 
"ICTnews" elektron xəbər xidməti “moneynews.ru” saytına istinadən bildirir ki, Xorvatiya ilə sərhəddə yerləşən 100 kvadrat metr ərazi aprelin 23-dən "Anklav Krallığı" ("The kingdom of Enclava") adlanır. Artıq yüzdən çox insan bu ərazinin vətəndaşıdır.
 
Yeni yaradılmış mikrodövlətin hələ ki paytaxtı, bayrağı və himni olmasa da,  artıq öz  valyutası var. “Enclava.org” saytındakı informasiyaya əsasən, “Dogecoin” rəqəmli pulu Anklava Krallığının rəsmi pul vahididir.
 
Emil Hüseynov




14/05/15    Çap et