Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dövlət Radiotezliklər İdarəsi 764 ədəd qeydiyyatdan keçməyən radioelektron vasitə aşkarlayıb


Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin (DRİ) Radioelektron vasitələrinin istismarına nəzarət şöbəsi tərəfindən cari ilin 8 ayı ərzində 764 ədəd qeydiyyatdan keçməyən müxtəlif növ radioelektron vasitə (REV) aşkarlanıb.

DRİ-yə daxil olmuş göstəriş və müraciətlərə əsasən 480 təşkilat, müəssisə və şirkətlərdə istismar olunan radioelektron vasitələrə texniki baxış keçirilib və müvafiq qaydada aktlar tərtib edilib.

Qeydiyyatdan keçməyən REV-lərdən 274 ədədi qeydiyyata salınıb, 305 ədədi möhürlənib, 27 ədədi silinib, 158 ədədinin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür.

Dövlət qeydiyyatdan keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İnzibati Xətalar Məcəlləsinin pozulması barədə 70 protokol yazılıb və müvafiq hüquqi tədbirlərin görülməsi üçün aidiyyatı rayon məhkəmələrinə müraciətlər edilib.




09/09/11    Çap et