Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hollandiyada unikal “günəş” avtomobili satışa çıxarılıb


Hollandiyada dörd il əvvəl Tvente Universitetinin mütəxəssislər komandası tərəfindən yaradılmış və günəş batareyası ilə işləyən elektrik avtomobili satışa çıxarılıb.
 
"ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, “21Connect” avtomobili 4 min km-dən çox məsafə qət edib və 2011-ci ildə keçirilmiş “World Solar Challenge” yarışında beşinci gəlib.
 
 Elektrik avtomobilinin satışı haqda elan mayın 8-də Hollandiyanın ən populyar “Marktplaats” elan saytında yerləşdirilib. Günəş batareyası ilə işləyən avtomobilin başlanğıc dəyəri 150 avro təşkil edib, ancaq mayın 13-nə olan məlumata görə, qiyməti 385 min dollar təşkil edir.
Saytda yerləşdirilmiş elanın təsvirinə əsasən, “günəş” avtomobili saatda 140 km sürətlə hərəkət edə bilir. Bu avtomobil əllə sifariş edilmiş detallardan yığılıb.
 
“World Solar Challenge” yarışı hər iki ildən bir Avstraliyada keçirilir.
 
Emil Hüseynov




14/05/15    Çap et