Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ ali məktəbləri bu il texnologiyalara 6,6 milyard dollar xərcləyəcək


ABŞ ali məktəbləri 2015-ci ildə təhsil texnologiyalarına 6,6 milyard dollar xərcləyəcək. 
 
“IDC Government Insights” təşkilatının qiymətləndirməsinə görə, bu il ölkə ali məktəblərinin təhsil texnologiyalarına xərcləri çoxlu planşet və noutbuk alışına görə xeyli artacaq. Proqnozlara görə, daha çox vəsait Kaliforniya (2,3 milyard dollar), Texas (1,2 milyard dollar) və Nyu-Yorkda (1,1 milyard dollar) xərclənəcək. Hesabat müəllifləri bazarda artımı iqtisadiyyatın bərpası və təhsil üçün dövlət yardımlarının artması faktorları ilə izah edirlər.
 
Ötən il təşkilat fərdi kompüterlər bazarının həcminin azalmasını bildirib. İndiki proqnoza görə, yüksək məhsuldarlığa malik həm planşetlər, həm də noutbuklar uğur qazanacaq. Aparılan təhlillər göstərir ki, təhsil texnologiyaları bazarı durmadan artır. Bir sıra ştatlarda büdcənin azalmasına baxmayaraq ümumilikdə dövlət İT departamentlərinə çox vəsait ayırmağa başlayıb, - "IT Expert” yazır.
 




14/05/15    Çap et