Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
"Facebook" birbaşa xəbər yaymaq üçün 9 nəşrlə bağlantı yaradıb
"Facebook" şirkəti məqalələri birbaşa mobil xəbər lentinə çıxaran yeni "Instant Articles" əlavəsi üçün 9 nəşrlə bağlantı yaradıb.
"ICTnews" xəbər xidmətinin məlumatına əssən, "Instant Articles" standart veb məqalələrdən 10 dəfə daha sürətli yüklənəcək və "New York Times" , "BuzzFeed" və "National Geographic" kimi nəşrlərdən kontent daxil edəcək.
"Instant Articles" sürətli və interaktiv məqalələr çatdırmaq, kontentin idarə edilməsini və biznes modelini nəşrlərə öz əllərində cəmləşdirməyə imkan verəcək.
AYNUR
14/05/15 Çap et