Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
"Amazon"a rəqib gəlir
"Wal-Mart Stores Inc" bu ilin yay aylarında illik ödənişi 50 dollar olan limitsiz onlayn çatdırılmanı testdən keçirməyi planlaşdırır, bu addım "Amazon"un 99 dollara göstərdiyi “Praym” çatdırılma servisinə zərbə olacaq.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, "Wal-Mart" servisi ilkin mərhələdə dəvətlə olacaq və şirkət öz saytında seçilmiş məhsulları müştərilərə 3 gün müddətində çatdıracağını bildirib. Şirkət öz veb səhifəsində 7 milyon məhsul təklif edir.
"Wal-Mart"ın nümayəndəsinin sözlərinə görə, müştərilərin sorğularına əsasən proqram inkişaf etdiriləcək.
Bu addım "Wal-Mart"ın onlayn biznesinin sürətlə inkişafına və "Amazon"un dominantlıq etdiyi bazarı bölüşdürməyə yönəltdiyi səylərin göstəricisidir.
Aynur Vəliyeva
14/05/15 Çap et