Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda 4 ayda elektron ticarətin həcmi 3,7 milyon manat olub


Azərbaycan Dövlət Statistika Komitəsi elektron ticarətlə bağlı növbəti statistikanı açıqlayıb.
 
Komitədən verilən məlumata görə, cari ilin ilk dörd ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin yanvar-aprel aylarına nisbətən 1,8 dəfə artaraq 3,7 milyon manat olub.

Əhali onlayn rejimində sifariş verdiyi istehlak mallarının 92,8 faizini hüquqi şəxslərin, 7,2 faizini fərdi sahibkarların elektron ticarət şəbəkəsindən alıb. Elektron ticarət dövriyyəsinin 96,4 faizini qeyri-ərzaq malları təşkil edib. 
 
CAHANGİR






14/05/15    Çap et