Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ukrayna Azərbaycanla kosmik sahə üzrə əməkdaşlığını genişləndirməkdə maraqlıdır


Ukrayna Azərbaycanla kosmik sahə üzrə əməkdaşlığını genişləndirməkdə maraqlı olduğunu bildirib.

Ukrayna səfiri Aleksandr Mişenkonun “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, Ukraynanın Azərbaycana təklif edə biləcəyi bir sıra kosmik və yüksək  texnologiyalar var.

“Azərbaycanla Ukrayna arasında ənənəvi olaraq İKT və yüksək texnologiyalar sahəsində müsbət əməkdaşlıq qurulub. Ukraynanın kosmik sənayenin aparıcı müəssisələrindən biri  olan “Южмаш” şirkəti yer səthinin məsafədən müşahidəsi peyki üzrə tenderdə iştirak edib. Düzdür, bu layihədə biz uğur qazana bilmədik. Buna baxmayaraq, gələcəkdə  kosmik sənayenin inkişafı, o cümlədən  kiçik peyklərin istehsalı üzrə xüsusi istehsal bazasının yaradılması  və kadrların hazırlığı üzrə əməkdaşlıq etməyə hazırıq”, - deyə o qeyd edib.
 
Səfirin sözlərinə əsasən, Azərbaycanın Aviasiya Akademiyasında artıq üç ildir ki, Dnepropetrovsk Dövlət Universitetinin kosmik texnologiyalar fakültəsinin analoqu yaradılıb və ukraynalı professorların iştirakı ilə, təlim planları və metodik vəsaitlərin istifadəsi ilə kosmik sahə üzrə yerli kadrlar hazırlanır.
 
Aynur Vəliyeva




14/05/15    Çap et