Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Sazz 4G İnternet” banner müsabiqəsinin qalibi bəlli oldu
“Sazz 4G İnternet”in elan etdiyi ən yaxşı banner müsabiqəsinin qalibləri məlum olub.
“Gül bayramı” mövzusuna uyğun olan, bir həftə ərzində keçirilən müsabiqədə minlərlə istifadəçi öz bannerlərini göndərib.
Şirkətin mətbuat xidmətindən verilən məlumata görə, müsabiqə gözlənildiyindən də artıq maraqla qarşılanıb. Həmçinin müsabiqə iştirakçılarına irəli sürülən şərtlərdən biri də bannerlərində “Sazz” brendinin loqotipini əks etdirmələri olub.
Qalib bannerin sahibi “Sazz 4G İnternet”dən 30 gün internet və USB modem hədiyyə qazanaraq banneri “Sazz 4G Internet”in rəsmi “Facebook” səhifəsinin profil şəklində yerləşdirib.
RƏVAN
14/05/15 Çap et