Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Daha bir bank elektron arayışın tətbiqinə başladı
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi və “Amrahbank” ASC birgə əməkdaşlığa başlayıb.
Mərkəzdən verilən məlumata görə, birgə əməkdaşlıq nəticəsində bu gündən etibarən “Amrahbank” ASC də bir çox qabaqcıl banklar kimi kredit əməliyyatlarının və digər sənədləşmələrin icrası zamanı proseslərin sadələşdirilməsi məqsədilə elektron arayışlardan faydalanacaq.
Belə ki, bankın müştəriləri “Elektron Hökumət” portalı (www.e-gov.az) üzərindən tələb olunan arayışları formalaşdıraraq elektron şəkildə banka göndərə biləcəklər.
Bununla əlaqədar olaraq bankda lazımi şərait yaradılıb, e-arayışların yerindəcə əldə olunması üçün müvafiq terminallar quraşdırılıb. Hazırda bu xidmət “Amrahbank”ın bütün filiallarında aktivləşdirilib.
Qeyd edək ki, artıq “Elektron Hökumət” portalı üzərindən 9 növdə elektron arayış əldə etmək mümkündür.
CAHANGİR
14/05/15 Çap et