Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Minskdə poçt sahəsinin inkişafı istiqamətində təkliflər hazırlanacaq


Belarusun paytaxtı Minsk şəhərində Ümumdünya Poçt İttifaqının (ÜPİ) Regional Rabitə Birliyinin (RRB) birgə təşkilatçılığı ilə regional konfrans keçiriləcək.

16-17 iyun tarixlərində baş tutacaq bu konfransın əsas məqsədi ÜPİ-nin 2017-2020-ci illər üzrə dünya poçtunun inkişafı istiqamətində prioritetlərini müəyyənləşdirəcək İstanbul Strategiyasının hazırlanmasına təkliflərin verilməsidir. 
 
Eyni zamanda, Doha Strategiyasında müəyyən edilən tələblərin üzv ölkələr tərəfindən həyata keçirilmə vəziyyətinə nəzər yetiriləcək və müvafiq mövzular üzrə müzakirələr aparılacaq.
 
Tədbirdə MDB və Şərqi Avropadan olmaqla 30-dan çox ölkənin rəsmi nümayəndələri iştirak edəcək.
 
Konfransda  ÜPİ, RRB-nin və digər beynəlxalq təşkilatların əməkdaşlarının da iştirakı nəzərdə tutulub.
 
İyunun 18-də isə RRB-nin üzv dövlətləri üçün “ ÜPİ-nin Poçtun Reformu və İnkişafı Kompleks Planı (PRİKP)  üzrə metodika əsasında  Avropa və MDB ölkələrinə  Poçt sahəsinin reformu və  inkişafı proseslərinə dəstək” mövzusunda regional konfrans baş tutacaq.
 
 
Bu konfransda müzakirəyə çıxarılacaq əsas məsələlərdən birini də sürətli poçtdaşımaları, poçt xidmətləri və elektron ticarətin inkişaf perspektivləri təşkil edəcək.
 
Hər iki tədbirdə Azərbaycanı tənzimləyici orqanın (RYTN) və operatorun  (Azərpoçt” MMC) məsul nümayəndələri təmsil edəcək.
 
 
Seymur Qasımbəyli




14/05/15    Çap et