Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nüvə araşdırmaları sahəsində əməkdaşlıq haqda protokol imzalanıb


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Birləşmiş Nüvə Təhqiqatları İnstitutu (JINR) ilə əməkdaşlıq haqda protokol imzalayıblar.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, protokol institutun nümayəndə heyətinin AMEA-nın prezidiumunda keçirilmiş görüş çərçivəsində imzalanıb.
 
“JINR-in nüvə fizikası sahəsində təcrübəsi Azərbaycan alimləri üçün maraq kəsb edir. Protokol sayəsində gələcəkdə ikitərəfli əməkdaşlıq daha da effektiv olacaq”, - deyə Elmlər Akademiyasının prezidenti Akif Əlizadə bildirib.
 
Protokol 2016-cı ildən etibarən JINR-in beynəlxalq məktəblərinə və təcrübələrinə göndərilən bakalavrların, magistrlərin və aspirantların sayının artırılmasını nəzərdə tutur.
 
Eyni zamanda sənəd çərçivəsində bir sıra birgə tədbirlərin keçirilməsi ilə yanaşı, bu il JINR-in və AMEA-nın birgə layihələr müsabiqəsinin keçirilməsi planlaşdırılıb.
 
Aynur Vəliyeva




15/05/15    Çap et