Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Tokio parklarında pilotsuz uçan aparatlardan istifadə qadağan edilib


Tokio hakimiyyəti şəhərin park və bağlarında pilotsuz uçan aparatlardan istifadəni qadağan edib. 
 
Qadağa Tokionun 81 parkına aiddir. Qadağan olunmuş yerlərdə pilotsuz uçan aparatdan istifadəyə görə qurğu sahibi 50 min yen (420 dollar) cərimə olunacaq.
 
Yerli bələdiyyənin qərarı bu yaxınlarda ölkə baş nazirinin yaşadığı evin damına pilotsuz uçan aparatın enməsinə cavab olaraq qəbul edilib. Həmçinin qeyd olunur ki, uçan dronlar uşaqlar üçün təhlükə törədir. Polisin məlumatına görə, ölkə hakimiyyəti qadağa siyasətini genişləndirməyi deyil, əhali ilə qarşılıqlı anlaşmaya nail olmağı düşünür, - “Qazeta” yazır.




15/05/15    Çap et