Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Vaşinqtonda dronların uçuşu qadağan edilib


ABŞ-ın Federal Mülki Aviasiya İdarəsi turistlərdən öz pilotsuz təyyarələrini evlərində saxlamağı xahiş edib, çünki indi Vaşinqton şəhərində uçuşlar rəsmən qadağan edilib.

"ICTnews" elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, şəhər və ətraf rayonlar "dronsuz zona" elan edilib.

"Ölkə paytaxtını ziyarət etməkdən zövq alın. Kameranızı və günəş kreminizi götürün. Amma öz pilotsuz təyyarənizi evinizdə saxlayın" – mətbuat xidmətindən bildirilib.

Bu tədbirlər 11 sentyabr hadisələri ilə bağlıdır.

Emil Hüseynov




15/05/15    Çap et