Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyada mobil proqramlar vasitəsilə gündəlik nə qədər “smaylik” simvolu göndərilir?


“Smaylik” insan həyatının ayrılmaz hissəsinə çevrilib. “eMarketer” tədqiqat şirkətində çalışan analitiklərin məlumatına əsasən, yalnız mobil proqramlar vasitəsilə gündəlik dünyada 6 milyard “smaylik” simvolu göndərilir, bunun da çox hissəsi “Instagram” xidmətinin payına düşür.

ABŞ-da yaşlı əhalinin artıq 48,9 faizi mesajlarda və sosial mediada populyar qrafik simvollardan istifadə edir və “eMarketer”in proqnozuna görə, bu göstərici yalnız artacaq.

Xatırladaq ki, 1963-cü ildə amerikalı rəssam Harvi Boll ilk dəfə reklam kampaniyasında xoşbəxt insan sifətinin təsvirindən (smaylik simvolu) istifadə edib və illər ötdükcə bu simvol çox populyarlaşıb.

"ICTnews" elektron xəbər xidməti “json.tv” saytına istinadən bildirir ki, “eMarketer” tədqiqat şirkətinin hesablamasına görə, indi yalnız mobil proqramlar vasitəsilə gündəlik dünyada 6 milyarddan çox “smaylik” simvolu göndərilir.

Emil Hüseynov
 




15/05/15    Çap et