Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünya RFID texnologiyaları bazarı 14,5% artıb


“J’son & Partners Consulting” şirkətinin apardığı araşdırmalar nəticəsində məlum olub ki,  dünya RFID (Radiotezliklərin Eyniləşdirilməsi) texnologiyaları bazarı 2014-cü ildə 14,5% artıb. 
 
“ICTnews” xəbər xidmətinin “www.novoteka.ru” saytına istinadən verdiyi məlumata əsasən, “J’son & Partners Consulting” analitikləri qeyd edilən bazarı 11,1 milyard dollar həcmində  qiymətləndirirlər.
 
Getdikcə RFID texnologiyalarının istifadə sahələri genişlənir, artıq onlar nəqliyyat sistemləri sahəsindən başlayaraq kənd təsərrüfatı sahəsinədək istifadə edilir.
 
RFID texnologiyalarının ən perspektiv istifadə istiqamətlərindən biri loqistikadır. RFID-in istehsal proseslərinin idarəetməsi sistemlərinə inteqrasiyası loqistik axınları optimallaşdırmağa imkan verir.
 
Aynur Vəliyeva
 




15/05/15    Çap et