Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rusiya qlobal internet şəbəkəsindən ayrılmaq istəyir


Rusiya qlobal internet şəbəkəsindən ayrıla biləcəyini bəyan edib.
 
“ICTnews” xəbər xidmətinin “www.novoteka.ru” saytına istinadən verdiyi məlumata əsasən, Təhlükəsiz İnternet Cəmiyyətinin qəyyumluq şurasının üzvü Konstantin Malofeyev bildirib ki, Rusiyanın ardınca digər BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin,  Cənubi Afrika) ölkələri də özlərinə məxsus elektron mühit yarada bilərlər.
 
Bu baş verməsin deyə, dünya ictimaiyyəti internetin inkişafı üzrə ümumi strategiya haqda düşünməlidir.
K. Malofeyevin təklif etdiyi sənəd, ayrı-ayrı dövlətləri şəxsi məlumatların emalını milli internet şəbəkələrində tənzimləməyə və onların qlobal şəbəkəyə açıqlığına nəzarət etməyə çağırır.
 
Aynur Vəliyeva
 




15/05/15    Çap et