Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Çinlilər dünyanın ən “ağıllı” kompüterini nümayiş etdiriblər
Çinin “Baidu” axtarış nəhəngi öz superkompüterini nümayiş etdirib və süni intellektin yaradılması yarışına qoşulmaq qərarı haqda məlumat verib.
"ICTnews" elektron xəbər xidməti “42.tut.by” saytına istinadən bildirir ki, təqdim edilmiş “Minwa” superkompüteri 1 milyondan çox təsviri skan edir və onları 95,42 faiz dəqiqliklə 1000 kateqoriya üzrə çeşidləyir. Şirkətin əməkdaşları iddia edir ki, dünyanın heç bir kompüteri bu məsələni belə tez həll edə bilmir.
Məsələn, ABŞ-ın “Google” korporasiyasının sistemi belə məsələnin həllində 95,2 faiz, “Microsoft”un kompüteri isə 95,06 faiz dəqiqlik göstərib.
Ancaq “Baidu” bu uğurla kifayətlənməyərək yaxın iki ildə saniyədə 7 kvadrillion hesablama apara bilən daha sürətli superkompüter qurmağı planlaşdırır.
Emil Hüseynov
15/05/15 Çap et