Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünya smartfonlar bazarında artım tempi zəifləyir


Almaniyanın "Gfk" tədqiqat şirkəti dünya smartfon bazarındakı vəziyyəti araşdırıb və artım tempinin azalmasını, həmçinin böyükölçülü qurğuların və "LTE" şəbəkəsini dəstəkləyən aparatların bazar payının artımını qeydə alıb.
 
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, ekspertlərin qiymətləndirməsinə görə, 2015-ci ilin birinci rübündə dünyada 96 milyard dollar məbləğində 309,7 milyon smartfon satılıb ki, bu da ötən illə müqayisədə müvafiq olaraq 7 və 8 faiz daha çoxdur.
 
2015-ci ilin yanvar-martında Qərbi Avropada istehsalçıların smartfon satışından ümumi gəliri ilk dəfə illik hesablama üzrə azalıb: İspaniya və Fransa bu məsələdə çox günahkardır. Bu ölkələrdə smartfonların nüfuzetmə səviyyəsi maksimuma yaxındır, buna görə cari ildə adı çəkilən ölkələrdə telefon tədarükünün artım tempi zəifləyəcək.
 
2015-ci ilin ilk üç ayının nəticəsinə görə, Mərkəzi və Şərqi Avropada smartfonların satışı pul baxımından 13 faiz azalıb.
 
Emil Hüseynov
 





15/05/15    Çap et