Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Amerikalıların virtual oyun həvəsləri


Proqram təminatı istehsalçıları və Entertainment Software Association (ESA) kompyuter oyunlarının Amerika assosiasiyası virtual əyləncə həvəskarının orta yaşını aydınlaşdırmaq məqsədi ilə tədqiqat keçirib. Məlum olub ki, oyunlar heç də yalnız uşaqlar üçün deyil. Tədqiqatın nəticələrinə əsasən, Amerika “oyunçu”sunun orta yaşı 37-dir.
ESA-da bildiriblər ki, oyun alıcısının orta yaşı 41-dir. Demək olar ki, valideynlərin yarısı vaxtlarını televizor qarşısında və ya öz uşaqları ilə kompyuter monitoru arxasında keçirirlər.
Qeyd edək ki, ESA 1994-cü ildə formalaşdırılıb. Təşkilat tərkibinə ən böyük oyun nəşriyyatları daxil olur: Atari, Capcom, Disney, Eidos, EA, Konami, Microsoft və digərləri. Assosiasiya həm də videooyunlar üçün yaş reytinqlərini müəyyən edir.




09/06/11    Çap et