Yerli onlayn xidmətlər portalının “iOS” versiyası da istifadəyə verildi
“iOS” əməliyyat sistemi üçün “Hesab.az” mobil tətbiqi istifadəyə verilib.
“ICTnews” elektron xəbər xidmətinin “Hesab.az”-a istinadən verdiyi məlumata görə, bu tətbiq vasitəsilə istifadəçilər mobil, rabitə, kommunal, internet, bank kreditləri, sığorta və s. ödəmələri həyata keçirə bilərlər. Tətbiqdən istifadə zamanı bütün ödənişlərə “Hesab.az” portalının sahibi olan “GoldenPay” şirkəti tərəfindən zəmanət verilir.
Mobil tətbiqi
bu link vasitəsilə yükləmək mümkündür.
Qeyd edək ki, “Hesab.az”ın “Android” və “Windows Phone” versiyaları da istifadədədir.
CAHANGİR