Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hakerlər Almaniya Bundestaqının daxili şəbəkəsinə hücum edib


Almaniya Bundestaqı naməlum hakerlərin hücumuna məruz qalıb.
 
Bundestaq nümayəndəsi Ernst Hebker daxili internet şəbəkəsinə hücumun olmasını bildirib. Onun sözlərinə görə, hazırda hücumun nəticələrinin aradan qaldırılması və hücumun edilməsi ilə bağlı məlumatların toplanılması üzrə işlər görülür.
 
Mütəxəssislər hücum nəticəsində ciddi ziyanın dəyməsini qeyd edirlər. Hadisə ilə bağlı araşdırmaları Federal İnformasiya Təhlükəsizliyi İdarəsinin əməkdaşları aparırlar, - “Qazeta yazır.   




16/05/15    Çap et